Bakıda tələbə qızları izləyən manyak PEYDA OLUB

Bakıda tələbə qızların şəkillərini çəkərək sosial şəbəkələrdə yayan manyak peyda olub.

Xeber-ps.com xəbər verir ki, əsasən 61 nömrəli marşrutun dayanacağında rast gəlinən bu şəxs qızların arxasınca düşür, sosial şəbəkə vasitəsilə onları şantaj edir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirib ki, iddialarla bağlı qeyd edilən ərazi polis orqanı tərəfindən nəzarətə götürülüb.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

Aytac Qasımova

0.22508597373962