Sabah Bakının Xəzər rayonun Albalılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Xeber-ps.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilir ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə həyata keçirilən təmir işləri ilə əlaqədar oktyabrın 29-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq, saat 9:00-dan saat 13:00-dək Albalılıq yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.