"Qızıl top"un sahibi bu gün bəlli olacaq

Bu gün Fransanın "France Football" jurnalının versiyasına əsasən, 2023/24-cü illər mövsümünün yekunlarına görə dünyanın ən yaxşı futbolçusu üçün "Qızıl top" mükafatının təntənəli təqdimetmə mərasimi keçiriləcək.

Xeber-ps.com xəbər verir ki, tədbir Parisdə "Şatle" Teatrında baş tutacaq.

2023-cü ildə "Qızıl top"un sahibi ABŞ-nin "İnter Mayami " klubunun argentinalı hücumçusu Lionel Messi olub.

2003-cü ildən sonra ilk dəfə olaraq mükafat uğrunda namizədlər siyahısında nə Lionel Messi, nə də beş dəfə mükafat sahibi, Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu var.

2024-cü ildə namizədlər siyahısına 30 futbolçu daxil edilib: argentinalılar Emiliano Martines, Lautaro Martines, ispanlar Niko Uilyams, Dani Olmo, Lamin Yamal, Alexandro Qrimaldo, Rodri, Daniel Karvaxal, ingilislər Koul Palmer, Harri Keyn, Bukayo Saka, Deklan Rays, Fil Foden, Cud Bellinqem, portuqaliyalılar Vitinya, Ruben Diaş, nigeriyalı Ademola Lukman və digərləri.

Qeyd edək ki, mükafatlandırma mərasimi Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

0.075150966644287