Bundesliqa: "Bavariya" səfərdə "Bohum"u darmadağın etdi

Almaniya Bundesliqasının 2024/2025 mövsümünün 8-ci turunun "Bohum" və "Bavariya" matçı başa çatıb.

Xeber-ps.com xəbər verir ki, komandalar Bohumdakı "Vonoviya Rurştadion" stadionunda qarşılaşıblar. Oyunu Florian Eksnerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Oyun 0:5 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Qarşılaşmada "Bavariya"nın futbolçuları Maykl Olise, Camal Musiala, Harri Keyn, Leroy Zane və Kinqsli Koman fərqləniblər.

Keçirilən səkkiz matçdan sonra "Bohum" 1 xalla Bundesliqanın turnir cədvəlində 18-ci yerdədir. Eyni sayda oyundan sonra "Bavariya" 20 xalla liderdir.

0.06685996055603