Bu gün saat 20 radələrində Cəbrayıl rayon sakini 1980-ci il təvəllüdlü Şahin Vəli oğlu Şahverdiyevin döyülərək qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Xeber-ps.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Semur Şahin oğlu Məmmədquliyev saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.