Konfrans Liqası: "Çelsi"dən darmadağın, "Başakşehir" böyük fərqlə uduzdu

UEFA Konfrans Liqasının liqa mərhələsində ikinci turun oyunları keçirilir.

Xeber-ps.com xəbər verir ki, turnirin favoritlərindən olan "Çelsi" bu dəfə "Panatinaikos"un qonağı olub.

Zadəganlar meydan sahiblərinin qapısından 4 top keçiriblər. Feliks dublla yadda qalıb. Yunanların gücü yalnız təsəlli qoluna çatıb - 1:4. Bu qələbə sayəsində 6 xal toplayan London klubu hazırda turnir cədvəlinə başçılıq edir.

Günün digər qarşılaşmasında Türkiyə təmsilçisi "Başakşehir" Sloveniyanın "Selje" klubuna uduzub. İstanbul komandası səfərdə qapısından 5 top buraxıb və bu qollardan ancaq birinin əvəzini çıxmağı bacarıb - 5:1. Turnirdə ardıcıl ikinci məğlubiyyətdən sonra "Başakşehir" aktivində 0 xalla sondan üçüncü (34-cü) pillədə qərarlaşıb.

0.13257098197937