Qaynar suda yanan Ayxan köməyə möhtacdır: Atası iş qabiliyyətini itirib, anasının ayağını bel yarıb

2017-ci il təvəllüdlü Ayxan Elnur oğlu Məmmədov ağır yanıq xəsarətləri alıb.

Bu barədə Xeber-ps.com-a onun anası Lalə Məmmədova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, oğlunun üzərinə qaynar su dolu çaydan aşıb:

"Hadisə baş verdikdən sonra Ayxan yardımsevər insanların dəstəyi ilə iki dəfə (biri omba, biri ayaq nahiyəsindən olmaqla) dəriköçürmə əməliyyatı olunub. Evə qayıtdıqdan sonra da müalicələrini yardımsevər şəxslərin dəstəyi ilə davam etdirə bilmişik. Yoldaşım zibillərin toplanması ilə məşğul olurdu və 350 manat pul alırdı. Vərəm xəstəliyinə tutulduğu üçün işdən çıxardılar. İndi heç bir gəlir yerimiz yoxdur. Mən ətrafdakıların həyətlərini belləyib pul qazanırdım. Bir neçə ay əvvəl işləyən zaman yıxıldım, bel ayağımın bir tərəfindən girib digər tərəfindən çıxdı. Əməliyyat olundum. Qazanc yerimizdə yoxdur artıq. Ayxanın qollarında yaralar açılıb. Göynəmə verdikcə uşağım əziyyət çəkir, bütün günü ağlayır. Yanan yerləri qaşınır. Həkim bildirib ki, oğluma lazım olan dərmanları almaq üçün 500 manat pul lazımdır. Yardımsevər şəxslərdən bizə kömək olmalarını xahiş edirəm. Mənim üç övladım var. Onlara belə yemək ala bilməyəcək haldayam".

Əlaqə nömrəsi: (055) 267-08-71.

0.35161018371582