Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 18 m² olan qarajda dayanan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri qismən, qarajda 4 m² sahədə rəf və rəfin üzərində yığılan avtomobil ehtiyat hissələri yanıb.
Xeber-ps.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan lambirdən ibarət tavan 8 m² sahədə əriyib.
Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Avtomobilin və qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.