Bir yaşlı Əlinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
Bu barədə Xeber-ps.com-a onun anası Lalə Seyidova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə böyrək problemindən əziyyət çəkir:
"Əli ötən ilin may ayında dünyaya gəlib. İlkin müayinələr zamanı onun böyrəklərində problem olduğunu öyrəndik. Həkimlər Əlinin sidiyə getməsi ilə bağlı siqnalların zəif olduğunu və sidiyə tam gedə bilmədiyini dedilər. Buna görə də mən Əlini hər gün kateter vasitəsilə sidiyə çıxarıram".
Gənc ana övladının müalicəsi üçün bir dəfə Türkiyəyə getdiklərini deyib:
"Biz Əlini müayinəyə aparmaq üçün bir dəfə Türkiyəyə getdik. Orada Əli müxtəlif analizlər verdi və müayinələrdən keçdi. Həkimlər yaşının az olması səbəbilə müalicənin daha tez fayda verə biləcəyini bildirdilər. Sizin saytın izləyicilərinin dəstəyi sayəsində müalicəni bir neçə aydır rahat şəkildə apara bilirik.
İndi isə müalicənin davam etməsi üçün 400 manata ehtiyacımız var. Əlinin atası bir neçə ay əvvəl avtomobil qəzasında vəfat edib. O gündən sonra vəziyyətimiz daha da çətinləşib. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 436-86-59.
Beynəlxalq Bank: 5522 0993 6467 6924.