38 yaşlı Esmira Məmmədovanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Xeber-ps.com-a onun özü məlumat verib.
O bildirib ki, 17 yaşından böyrək çatışmazlığından əziyyət çəkir.
"Tam 20 ildir ki, dializ aparatına qoşuluram. Ötən il həkimlər təcili böyrəkköçürmə əməliyyatına ehtiyac olduğunu dedilər. Yeddi ay əvvəl xalam oğlu mənə donorluq edərək böyrəyini verdi. Əməliyyat dövlət tərəfindən tam təmənnasız edildi. Əməliyyatdan sonrakı müddətdə isə lazım olan dərmanları anam borc-xərclə alıb, hazırda müalicələri qarşılamağa gücümüz yoxdur".
Esmira Məmmədova yardımsevər şəxslərdən dəstək istəyib.
"Nə bacım, nə qardaşım var ki, mənə dəstək olsunlar. Tək qardaşım var idi, bir neçə il əvvəl onu da itirdik. Anam yaşlı qadındır, işləyə bilmir. Ancaq borc-xərclə mənə ağrıkəsici alıb vurdura bilir. Hazırda immunitetim düşdüyü üçün bədənimdə infeksiyalar artıb. Həkimlər təcili vaksin vurdurmalı olduğumu deyiblər. Vaksinin bir dozası 250 manatdır, mən isə bu vaksini üç dəfə vurdurmalıyam. Amma bunun üçün imkanım yoxdur. İnanın, yenidən əvvəlki günlərimə qayıtmaqdan çox qorxuram. Yardımsevər şəxslərdən mənə dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 372-35-92.
"Beynəlxalq Bank": 5522 0993 6618 1402