"Cənub-Şərqi Asiyada QR-koddan istifadə əhatə dairəsini genişləndirməkdə davam edir".
Xeber-ps.com xəbər verir ki, bunu "HeritageSG"nin baş direktoru Conatan Çanq "PAŞA Holdinq"in təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.
O bildirib ki, artıq insanlar debet və s. müxtəlif kartlardan istifadəyə geniş yer vermirlər:
"Artıq Cənub-Şərqi Asiyada QR-koddan istifadənin əhatə dairəsi genişlənir. Əvvəllər müxtəlif ödənişlər üçün fərqli tətbiqlərdən istifadə etməli oldurdunsa, indi sadəcə QR-kod ilə müxtəlif ödənişləri icra etmək olur. İndi insanlar müxtəlif debet kartlardan və s. istifadə etmirlər. Bu, artıq keçmişdə qalıb. Təbii ki, QR-kod ilə ödənişlərin edilməsi üçün Mərkəzi Bankla müxtəlif razılıq əldə olunmalıdır ".
Aygün Mirakif