"Qazaxda 18 tələbənin dönərdən zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb".
Bu məlumat Xeber-ps.com-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilib.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Qazaxda 18 tələbə zəhərlənib.
Xeber-ps.com xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının tələbələrinin bufetdə dönərdən zəhərləndiyi qeyd olunub.
Zəhərləndiyi bildirilən tələbələr bunlardır:
Sabirabad rayon sakini 2003-cü il təvəllüdlü Ö.Rüstəmov, Tovuz rayon sakinləri 2007-ci il təvəllüdlü F.Rzayeva və 2001-ci il təvəllüdlü İ.Niyazova, Gəncə şəhər sakini 2007-ci il təvəllüdlü F.Süleymanova, Yevlax rayon sakini 2005-ci il təvəllüdlü F.Nəsibova, Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Ş. Məmmədovaya, 2005-ci il təvəllüdlü N. Hacıyevə, Daşkəsən rayon sakini 2005-ci il təvəllüdlü C.İsrafilova, Mingəçevir şəhər sakini 2007-ci il təvəllüdlü S.Əliyevaya, Şəmkir rayon sakini 2004-cü il təvəllüdlü N.Əmirovaya, Beyləqan rayon sakini 2004-cü il təvəllüdlü R.Mədətova, Ağcabədi rayon sakini 2005-ci il təvəllüdlü M.Qasımovaya, Şamaxı rayon sakini 2003-cü il təvəllüdlü N.Məlikova, Qazax şəhər sakini 2006-cı il təvəllüdlü R.Məmmədliyə, Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü G.Bağırovaya, Kəlbəcər rayon sakini 2005-ci il təvəllüdlü M.Şahbazova, Goranboy rayon sakinləri 2004-cü il təvəllüdlü O.Cəfərova və 2005-ci il təvəllüdlü A. İsgəndərovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Samir İsayev