Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Xeber-ps.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
3. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.