Bakıda həmyerlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Oktyabrın 6-da saat 10 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisindən 1980-ci il təvəllüdlü Şahpur Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun həmyerlisi 1969-cu il təvəllüdlü Nizami Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bakının Xəzər rayonunda 44 yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü Şahpur Yusif oğlu Cəfərov dava zamanı hələlik naməlum olan şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, o əməliyyat olunub və hazırda vəziyyəti ağır olaraq qalır.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

0.085772037506104