İtaliya A Seriyasında VIII tura mərkəzi matçla yekun vurulub.
Turnir cədvəlinin lideri “Milan” Neapol səfərində “Napoli” ilə qarşılaşıb.
“Qırmızı-qaralar” bu görüşdə də uduzmayıb.
Milan komandası isveçli forvardı Zlatan İbrahimoviçin dubl etdiyi görüşdə 3:1 hesabı ilə qalib gəlib.
Bununla da “Milan” xalını 20-yə yüksəldib və turnir cədvəlində vahid liderliyini qoruyub saxlayıb.
Səbuhi Musayev