11 yaşlı Əhmədin yardımsevər şəxslərin dəstəyin ehtiyacı var.
Bu barədə Xeber-ps.com-a onun anası Rəqsanə Fətəliyeva məlumat verib.
O bildirib ki, övladı üçüncü dərəcəli xərçəngdən əziyyət çəkir:
"Əhmədin 11 yaşı var, bu ilin mart ayında haymoritdən əməliyyat keçirdi. Əməliyyatdan 10 gün sonra Əhmədin səhhəti pisləşməyə başladı, başqa klinikaya müayinəyə getdik. Əhmədin burnunda bədxassəli şiş olduğu aşkarlandı. Həkimlər bu şişin onun beyninə qədər uzana biləcəyini dedilər. Aprel ayından isə İran İslam Respublikasına getmişik, Əhməd artıq 5 aydır orada müalicə alır".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Bura yeni gələndə həkimlər Əhmədin bədəninin müalicələrə müsbət cavab verərsə, 8-9 ay müalicədən sonra sağalacağını dedilər. Artıq 5 aydır orada müalicə alır, Əhmədin bədəni müalicələrə çox müsbət reaksiya verir. Hazırda maddi olaraq tam tükənmiş vəziyyətdəyik. Bizim İranda 1 həftəlik müalicə üçün 2 500-3 000 manata ehtiyacımız olur. Mən özüm Bakıda salonda işləyirdim, yoldaşımla ayrılmışıq, bizə dəstək olmağa da imkanı yoxdur. İranda tək qalmışıq, heç kimimiz yoxdur. Mənim Əhməddən başqa bir qızım da var, artıq 5 aydır onu görmürəm, anam baxır ona. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 577-86-03.
Leo Bank: 4098 5844 6723 7267.
11 yaşlı Əlinin anası: "İranda tək qalmışıq, müalicə xərclərini qarşılaya bilmirik"