Agentlik direktoru: "Riyaziyyat fənni üzrə şagirdlərin əlavə dəstəyə ehtiyacı var"

"Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir".

"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 276 saylı müəllimin ilk zəngində deyib.

O bildirib ki, bu istiqamətdə valideynlərin öhdəsinə iş düşür: "Valideynlər daim məktəblə, müəllimlə ünsiyyətdə olmalıdırlar. Müasir dövrün şərtləri də bunu tələb edir".

Agentlik direktoru qeyd edib ki, bəzi istiqamətlərdə, o cümlədən riyaziyyat fənni üzrə şagirdlərin əlavə dəstəyə ehtiyacı var.

0.2875030040741