"Mançester Siti" İngiltərə Premyer Liqasını tərk edə bilər

Futbol üzrə maliyyə eksperti Kiran Maquayr "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını pozduqda 60-100 xal itirə biləcəyini bildirib.

Xeber-ps.com xəbər verir ki, bu cəza komandanın yüksək diviziondan düşməsinə səbəb ola bilər. Dinləmələrin səkkiz həftə ərzində başa çatması gözlənilsə də, 115 ittiham üzrə qərarın verilməsi prosesi üç-dörd ay çəkə bilər.

"Daily Mail"in məlumatına görə, klub 2009-cu ildən 2018-ci ilə qədər maliyyə feyr-pleyini pozmaqda ittiham olunur və onların maliyyə ödənişlərini gizlətdiyi iddia edilir.

0.11487293243408