Anar Kərimov: “Erməni təbliğatının tələsinə düşənlər...” - FOTO

“Kaş ki, rus mediyası və rus mədəniyyətinə aid insanlar bu məsələ ilə bağlı bir mövqe qoysunlar”.

Xeber-ps.com xəbər verir ki, bu sözləri Mədəniyyət nazirinin müavini Anar Kərimov deyib.

“Twitter” hesabından paylaşım edən Anar Kərimov ermənilərin Xocavənddəki Rus Ortodoks kilsəsini vandalizm aktında məruz qoyması ilə bağlı fikirlərini bölüşüb:

“Bu, 19-cu əsrdə inşa edilmiş Qarabağda, işğal olunmuş Xocavənddəki yeganə Rus Ortodoks Kilsəsidir. Erməni təbliğatının tələsinə düşənlər eyni “qədim xristian” ermənilərin xristian irsinə necə “önəm verdiyini” görməlidirlər”.

 

0.37604022026062