Ceyms Bond pərəstişkarları yaxın iki ildə yeni filmləri gözləməyə bilər.
Xeber-ps.com xəbər verir ki, bu barədə "Times" məlumat yayıb.
Qəzetin yazdığına görə, supercasusun sərgüzəştlərinin yeni hissəsinin çəkilişi üçün hələ nə ssenari, nə rejissor, nə də franşizadan ayrılan Daniel Kreyqi əvəz edəcək aktyor müəyyənləşdirilməyib. Çəkilişlər "sabah" elan edilsə, 26-cı filmin yayımlanması ən azı iki il çəkəcək.
Bununla belə, ekspertlərin fikrincə, studiyanın yeni maliyyə modelinə əsasən, indi müəlliflər əvvəllər olduğu kimi bir-bir yayımlamaqdansa, 3-4 filmin yeni hissələrinin buraxılmasını əvvəlcədən planlaşdıra bilərlər.