“Avropa İttifaqı bundan sonra Belarusun Aleksandr Lukaşenko hökumətinə bir avro belə ayırmayacaq”.
TASS-ın məlumatına görə, bu sözləri Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel deyib.
O, qeyd edib ki, bundan sonra bütün vəsaitlər qeyri-hökumət təşkilatları vasitəsilə vətəndaş cəmiyyətinin inkişafına xərclənəcək.