Abşeronda güclü partlayış - VİDEO

Abşeron rayonunda dəmir konstruksiyaların emalı sexində partlayış olub.

Bu barədə Xeber-ps.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib. 

O bildirib ki, hadisə barədə FHN çağrı mərkəzinə daxil olan müraciətdən dərhal sonra əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin briqadaları göndərilib:

“Hadisə rayonun Novxanı yolunda - yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir-beton konstruksiya emalı sexində baş verib. Sexdə yanğınla nəticələnən partlayış qeydə alınıb. Əraziyə cəlb edilən Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə yanğın söndürülüb, təhlükəsizlik tam təmin olunub”.

Xeber-ps.com-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 36 yaşlı kişi yüngül xəsarət alıb.

İlkin məlumata görə, ona yuxarı ətrafın zədələnməsi diaqnozu qoyulub.  

Könül Cəfərli 

0.37565779685974