Azərbaycanda koronavirus xəstələrinin yataq təminatı ilə bağlı AÇIQLAMA

“Koronavirusa yoluxanlarla yanaşı, sağalanların sayı da çoxdur. Amma yoluxanlar arasında ağırlaşanlar qeydə alınır. Bu şəkildə artım davam edərsə, onların yataqla təmin olunmasında problemlər yarana bilər”.

Xeber-ps.com-ın müxbirinin verdiyi məlumata görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentin  müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bu dönəmdə aparılan işlər və gətirilən cihazlar nəticəsində test sayları da artıb:

“Bu cihazlar regionlarda qurulub. Bu gün 13 min test aparırıq. Əvvəllər yoluxanlara nəzərən ölənlərin sayı 10-a qədər olurdu. İndi isə ölüm sayı 25-ə qədər çıxır və bu, bizim üçün pis nəticədir”.

“İntensiv terapiya şöbəsində müalicə alan xəstələrin sayı 409, süni tənəffüs aparatına qoşulanların sayı 45-ə çatıb”, - deyə o qeyd edib.

İlhamə Əbülfət

0.30617713928223