Azərbaycan Premyer Liqası: "Şamaxı" Bakıda qələbə qazanıb

Azərbaycan Premyer Liqasında IV turun son görüşü "Zirə" və "Şamaxı" komandaları arasında keçirilib.

"Report" xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan oyunda bölgə təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu 16-cı dəqiqədə Leroy Mikels "Zirə"nin qapısından keçirib.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Səbail" "Kəpəz"i 4:0, "Turan Tovuz" "Qarabağ"ı 1:0, "Sabah" isə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" - "Neftçi" görüşündə heç-heçə qeydə alınıb - 1:1. Hazırda "Turan Tovuz" 10 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.

Azərbaycan Premyer Liqasının IV turunda "Sabah" Masazırda "Sumqayıt"ı qəbul edib.

"Report" xəbər verir ki, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün 12-ci dəqiqəsində "Sumqayıt" komandası Fernando Da Silvanın qolu ilə hesabı açıb. Ancaq sumqayıtlılar üstünlüyü sona qədər qoruyub saxlaya bilməyib. İlk hissənin bitməsinə 2 dəqiqə qalmış "Sabah"dan Namik Ələskərov hesabı bərabərləşdirməyə nail olub. 54-cü dəqiqədə Pavol Safranko "Sabah"ı hesabda önə çıxarmağı bacarıb. 77-ci dəqiqədə Bakı klubundan Cesse Sekidika fərqi 2 topa çatdırmaqla son nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Zirə" - "Şamaxı" matçı ilə yekun vurulacaq.

Bu gün Azərbaycan Premyer Liqasında IV turun son oyunları keçiriləcək.

Xeber-ps.com xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.

"Sabah" klubu Masazırda "Sumqayıt"ı qəbul edəcək. Elçin Məsiyevin idarə edəcəyi bu görüş saat 18:15-də başlayacaq.

"Şamaxı" isə səfərdə "Zirə" klubunun qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və Kamal Umudlunun baş hakim olacağı bu oyun saat 20:30-da start götürəcək.

Qeyd edək ki, əvvəlki oyunlarda "Səbail" "Kəpəz"i 4:0, "Turan Tovuz" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" və "Neftçi" arasındakı qarşılaşma isə 1:1 hesabı ilə başa çatıb.

0.10237288475037