İspaniya La Liqasının 2-ci turunda "Real Madrid" və "Valyadolid" komandalarının qarşılaşdığı matç başa çatıb.
Xeber-ps.com xəbər verir ki, komandalar Madriddəki "Santyaqo Bernabeu" stadionunda qarşılaşıblar. Qarşılaşmanı Viktor Qarsiya Verduranın başçılıq etdiyi hakimlər briqadası idarə edib.
50-ci dəqiqədə "Real"ın yarımmüdafiəçisi Federiko Valverde hesabı açıb. Yarımmüdafiəçi Brahim Dias 88-ci dəqiqədə meydan sahibləri bir daha sevindirib. 90+6-cı dəqiqə oyunda son sözü hücumçu Endrik deyib - 3:0.
İspaniya çempionatının ötən mövsümündə "Real" ölkə çempionu olub. Komanda 38 görüşdə 95 xal toplayıb. "Valyadolid" isə Sequndada ikinci yeri tutub.