Niderland Qran-prisinin təsnifat mərhələsi keçirilib

"McLaren" komandasının britaniyalı pilotu Lando Norris "Formula-1" çempionatının 15-ci mərhələsinin - Niderland Qran-prisinin təsnifatının qalibi olub.

Xeber-ps.com TASS-a istinadən xəbər verir ki, yarış Zandvortdakı arenada keçirilir.

İkinci yeri "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen tutub. Üçüncü isə Norrisin komanda yoldaşı, avstraliyalı Oskar Piastri olub.

Əsas yarış avqustun 25-də baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq

0.079677104949951