Dursun Özbek futbolçularına "Yanq Boyz"la görüşdə qalib gələcəkləri təqdirdə bonus verəcək

"Qalatasaray" klubunun prezidenti Dursun Özbek futbolçularına "Yanq Boyz"la görüşdə qalib gələcəkləri təqdirdə üç milyon avro bonus verəcəyini bildirib.

Xeber-ps.com xəbər verir ki, "Qalatasaray" ilk görüşdə "Yanq Boyz"a 2:3 hesabı ilə məğlub olub.

Dursun Özbek isə futbolçularla görüşərək növbəti mərhələyə adlayacaqları təqdirdə üç milyon avro bonus verəcəyini bildirib.

Qeyd edək ki, "Qalatasaray" - "Yanq Boyz" görüşü avqust ayının 27-də İstanbulda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

0.10242295265198