Avqustun 22-də saat 23:00 radələrində Sumqayıt şəhəri ərazisində 1984-cü il təvəllüdlü X. Xiyalıyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Xeber-ps.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Elşən Nağıyev saxlanılıb.
Hadisə tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində baş verib.
Faktla bağlı istintaq araşdırması aparılır.
Sumqayıtda 40 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.
APA xəbər verir ki, hadisə 12-ci mikrorayonda keçmiş məcburi köçkünlərin yaşadığı şəhərcikdə qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Xəyal Əli oğlu Xiyalıyev münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.
O, ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Döş qəfəsinin və bazunun kəsilmiş-deşilmiş yaraları ilə diaqnoz qoyulan pasiyent reanimasiya şöbəsinə yerləşdirilib. Zəruri tibbi yardımlar göstərildikdən sonra X.Xiyalıyev M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə olunub.