İngiltərənin "Mançester Siti" klubunun və Norveç millisinin hücumçusu Erlinq Holand XXI əsrdə meydana çıxdığı matçlarda orta hesabla ən çıx qol vuran futbolçu olub.
Xeber-ps.com xəbər verir ki, bu barədə "PopFoot" nəşri "X" hesabında paylaşım edib.
Nəşrin məlumatın görə, 24 yaşlı skandinav orta hesabla çıxdığı hər oyunda 0.82 qola imza atıb.
Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi ikinci (0.78), Səudiyyə Ərəbistanı təmsilçisi "Ən-Nəsr"də çıxış edən Kriştianu Ronaldu üçüncü yerdə qərarlaşıblar.
1. Erlinq Holand - 0.82 (315 oyunda 257 qol);
2. Lionel Messi - 0.78 (1069/838);
3. Kriştianu Ronaldu - 0.73 (1233/897);
4. Kilian Mbappe - 0.72 (462/332);
5. Robert Levandovski - 0.70 (928/654);
6. Harri Keyn - 0.63 (644/407);
7. Neymar - 0.61 (719/440);
8. Ruud Van Nistelroy - 0.60 (463/227);
9. Luis Suares - 0.60 (968/576);
10. Zlatan İbrahimoviç - 0.58 (980/567).