"Kəpəz"də yeni futbolçu: Keverton Resende heyətə qoşuldu

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Xeber-ps.com xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yarımmüdafiəçi Keverton Resende Markolino transfer edilib.

Braziliyalı oyunçu ilə "1+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, o, son olaraq vətənində "Hersilio Luz" klubunda çıxış edib.

0.067879915237427