UEFA Konfrans Liqası: "Zirə"nin "Omoniya" ilə görüşündə azərbaycanlı olmayacaq

"Zirə"-"Omoniya" görüşü zamanı stadionda azərbaycanlı azarkeşlər olmayacaq".

Xeber-ps.com "Report"a istinadla xəbər verir ki, bunu açıqlamasında "Zirə"nin mətbuat katibi Elmar Abdullazadə UEFA Konfrans Liqasının pley-off mərhələsində səfərdə Kipr təmsilçisi "Omoniya"ya qarşı keçirəcəkləri matçla bağlı deyib.

O, bu gün Larnaka şəhərindəki GSP stadionunda gerçəkləşəcək oyunda azərbaycanlı azarkeşlərin yer alıb-almayacağı ilə bağlı sualı cavablandırıb:

"Düzdür, UEFA-nın qaydalarına görə tribunaların tutumunun 5 faizi qonaq azarkeşlər üçün ayrılıb. Amma həmin yerlər boş qalacaq. Çünki bizə biletlə bağlı müraciət edən olmayıb. Kiprdə, demək olar ki, azərbaycanlı yaşamır. Bura ada ölkəsidir deyə, giriş-çıxış, viza almaq bir qədər çətindir. Ona görə də, çox güman ki, stadionda bizim azarkeşlər görünməyəcək".

Qeyd edək ki, "Zirə"nin Kipr klubu ilə görüşünün start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Tərəflər arasında cavab oyunu bir həftə sonra "Liv Bona Dea Arena"da keçiriləcək.

0.10571098327637