Juan Feliks rəsmi olaraq "Çelsi"də

İngiltərənin "Çelsi" klubu hücumçu Juan Feliksin transferini rəsmən açıqlayıb.

Xeber-ps.com Skysports.com-a istinadla xəbər verir ki, "zadəganlar" futbolçu ilə 5 illik müqavilə bağlayıblar.

Feliks "Atletiko Madrid" klubuna məxsus olsa da, icarə əsasında 2023/2024 mövsümünü "Barselona"da keçirib.

O, kataloniyalıların heyətində meydana çıxdığı 44 matçda 10 qol vurub.

0.072000026702881