"Atletiko Madrid" "Çelsi"nin futbolçusunu 42 milyon avroya transfer edib

"Atletiko Madrid" Konor Qallaxerin transferini 42 milyon avro qarşılığında rəsmiləşdirib.

Xeber-ps.com xəbər verir ki, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

24 yaşlı yarımmüdafiəçi "Çelsi"dən transfer olunub. Onun keçidi 42 milyon avroya başa gəlib. Konor 2029-cu ilədək nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, ingiltərəli yarımmüdafiəçi "Çelsi"nin formasında 95 oyunda 10 qol vurub.

0.063431978225708