Çempionlar Liqasının oyunlarında sürpriz

UEFA Çempionlar Liqasının yenilənmiş himnini təqdim edib.

Xeber-ps.com xəbər verir ki, himnin yenilənmiş versiyası ötən gün baş tutan pley-off qarşılaşmaları zamanı səsləndirilib.

Himndəki yenilik melodiyanın instrumental və vokal hissəsi ilə bağlıdır.

Xatırladaq ki, 2024/25 mövsümündən etibarən Çempionlar Liqasında 36 komanda mübarizə aparacaq. Avqustun 29-da ÇL-in 2024/25 mövsümünün qrup mərhələsinin püşkü atılacaq. Turnirin son qalibi İspaniyanın "Real Madrid" klubudur.

0.062875986099243