Manuel Noyer milli komandadakı gələcəyi ilə bağlı qərarını açıqlayıb

Almaniya millisinin əfsanəvi qapıçısı Manuel Noyer yığma karyerasını başa vurmaq niyyətində deyil.

Xeber-ps.com xəbər verir ki, 38 yaşlı qolkiper 2026-cı ildə baş tutacaq dünya çempionatında da Bundestimin heyətində yer almaq niyyətindədir.

Onun cari ilin sentyabrında milli komandadakı oyunlara qısa fasilə verəcəyi, lakin ilin sonunda yenidən kollektivə qayıdacağı gözlənilir.

Qeyd edək ki, 2009-cu ildən Almaniya millisinin formasını geyinən Noyer 2014-cü ildə komanda ilə dünya çempionu olub.

0.094504117965698