UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Omoniya" ilə üz-üzə gələcək "Zirə" Kiprə yollanıb.
Xeber-ps.com xəbər verir ki, komanda bu gün, saat 16:30-da çarter reysi ilə Larnaka şəhərinə yollanıb, oradan isə Nikosiyaya gedəcək.
Avqustun 21-də baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı və komandanın açıq məşqi olacaq.
Qeyd edək ki, avqustun 22-də GPS stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda gerçəkləşəcək.