Juan Feliks yenidən İngiltərə klubuna transfer olunacaq

İngiltərənin "Çelsi" klubu hücumçu Juan Feliksin transferi üçün İspaniya təmsilçisi "Atletiko Madrid" ilə razılığa gəlib.

Xeber-ps.com Goal.com-a istinadla xəbər verir ki, "zadəganlar" futbolçu ilə 6 illik müqavilə bağlayacaqlar.

Bundan başqa, müqaviləyə müddətin daha bir il uzadılması şərti də əlavə olunub.

Xatırladaq ki, Juan Feliks daha əvvəl "Çelsi" klubunda icarə əsasında çıxış etdikdən sonra "Atletiko Madrid"ə geri dönmüşdü.

Qeyd edək ki, J.Feliks ötən mövsüm "Barselona"da icarə əsasında meydana çıxdığı 44 matçda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

0.062114000320435