Rusiya millisinin sentyabrda Tailand və Vyetnam seçmələri ilə yoldaşlıq oyunları Beynəlxalq Futbol Federasiyasının (FIFA) reytinqlərinə daxil ediləcək.
Xeber-ps.com xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.
Yoldaşlıq turnirinin oyunları Vyetnamın paytaxtı Hanoyda, "My Dinh Milli Stadionu"nda keçiriləcək. Rusiyanın Vyetnamla oyunu sentyabrın 5-də, Tailandla isə sentyabrın 7-də baş tutacaq.
Qeyd edək ki, 2022-ci ildə Rusiya millisi FIFA və UEFA-nın qərarı ilə Ukraynadakı vəziyyətlə əlaqədar beynəlxalq yarışlardan kənarlaşdırılıb.