Qurban Qurbanovdan qətiyyətli mesaj: "İtkilərə baxmayaraq, ən yaxşısını göstərəcəyik!"

"Bir neçə itkimizin olmasına baxmayaraq, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Xeber-ps.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo" (Zaqreb) ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə baş tutan mətbuat konfransında bildirib.

"Onların çox güclü azarkeş ordusu var. Belə bir ab-havada oynamaq bizim üçün çox xoş olacaq. Hər iki komanda üçün ciddi sınaq olacaq. Artıq üçüncü dəfədir ki, Çempionlar Liqasının pley-off mərhələsində iştirak edirik. Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək. Futbolçularım bu oyuna hazırdırlar. Baxmayaraq ki, bir neçə itkilərimiz var. Sabah futbolçularımızdan nizam-intizamlı oyun gözləyirəm".

Qeyd edək ki, "Dinamo" və "Qarabağ" komandaları arasında ilk matç sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Anar Həsənov

0.080659866333008