Basketbol tarixində ilk dəfə dördxallıq atış qeydə alınıb

Filippinin "Meralko Bolts" komandasının basketbolçusu Kris Bançero tarixdə ilk dördxallıq atışın müəllifi olub.

Xeber-ps.com xəbər verir ki, ABŞ-dən olan oyunçu bunu "Maqnoliya Çiken Timplados Hotşots"la oyunun birinci hissəsində bacarıb.

Filippin Liqası dörd xal qaydası olan yeganə çempionatdır. Komandaya bu xalı qazandırmaq üçün basketbolçu ən azı 8.23 metrdən dəqiq zərbə atmalıdır.

Qeyd edək ki, qarşılaşma "Meralko Bolts"un qələbəsi ilə başa çatıb - 99:94.

Basketbol tarixində ilk dəfə dördxallıq atış qeydə alınıb

Basketbol tarixində ilk dəfə dördxallıq atış qeydə alınıb

0.070108890533447