AFFA "Turan Tovuz"un stadionunda ot örtüyünün dəyişdirilməsi ilə bağlı tapşırıq verib

AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) "Turan Tovuz" klubunun stadionunda süni ot örtüyünün təbii ot örtüyü ilə əvəzlənməsi üçün maddi vəsait ayrılması barədə tapşırıq verib.

Xeber-ps.com-ın əldə etdiyi məlumata görə, klub və federasiya rəsmiləri arasında danışıqlar yekunlaşıb.

Tovuz şəhər stadionunda ot örtüyünün yenidənqurma işlərinin nə vaxt başlanacağı barədə isə dəqiq məlumat verilməyib. Hazırda qərb təmsilçiləri - "Kəpəz" və "Turan Tovuz" klubları ev oyunlarını Tovuz şəhər stadionunda keçirirlər.

Qeyd edək ki, süni ot örtüyünün təbiisi ilə əvəzlənməsi minimum iki ay müddət tələb edir.

0.074645042419434