Xorvatiyada Zaqreb "Dinamo"su və Ağdamın "Qarabağ" klubu arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.
Xeber-ps.com xəbər verir ki, görüşü İsveçdən olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi Qlenn Nyuberqə Mahbod Beiqi və Andreas Söderkvist köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Adam Leydbek yerinə yetirəcək.
VAR-da almaniyalı Bastian Dankert, AVAR-da onun həmyerlisi Yohann Pfayfer əyləşəcək.
Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.