Mbappe "Real Madrid"i xilas edə bilmədi: "Malyorka" ilə ilk matçda xallar bölündü

İspaniya Premyerasının 1-ci turunda "Malyorka" və "Real Madrid" komandalarının qarşılaşması başa çatıb.

Xeber-ps.com xəbər verir ki, oyun Palma de Malyorkada yerləşən "Son Moih" stadionunda keçirilib. Matçın baş hakimi Sezar Soto Qrado olub və oyun Bakı vaxtı ilə saat 00:30-da start götürüb. Qarşılaşma 1:1 hesabı ilə nəticələnib.

Madrid təmsilçisinin heyətində hücumçu Rodriqo 13-cü dəqiqədə fərqlənib. Ev sahiblərindən isə hücumçu Vedat Muriki 53-cü dəqiqədə qol vurub.

Qeyd edək ki, oyun bu yay "Real Madrid"ə transfer olunan yeni ulduz Kilian Mbappenin La Liqada debütü idi.

Xatırladaq ki, 2023/2024 mövsümünün sonunda Madrid klubu İspaniya Premyerasının çempionu olub. "Malyorka" isə 40 xal toplayaraq 15-ci yerdə qərarlaşıb.

0.083214044570923