"Ən-Nəsr" klubunun rəhbərliyi Səudiyyə Ərəbistanı Superkubokunda "Əl-Hilal"la oyunda (1:4) böyük hesablı məğlubiyyətdən sonra baş məşqçi Luiş Kaştrunu istefaya göndərib.
Xeber-ps.com championat.com-a istinadən xəbər verir ki, idarə heyətinin sədri İbrahim Əl-Mühəddib komanda üçün yeni məşqçi axtarışlarına başlayıb.
Qeyd edək ki, Kaştru ötən il "Ən-Nəsr"in çalışdırıcısı postuna gətirilib. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilə qədər idi.