Almaniyanın Saksoniya əyalətinin Leypsiq şəhəri yaxınlığında keçirilən musiqi festivalı zamanı "şeytan çarxı"ndakı yanğın nəticəsində azı 30 nəfər xəsarət alıb.
Xeber-ps.com TASS-a istinadən xəbər verir ki, atraksionun kabinələrindən biri yanıb, daha sonra alov ikinci kabinəyə keçib.
Polis sözçüsünün verdiyi məlumata görə, dördü polis olmaqla 30-dan çox insan yaralanıb, lakin onların hamısının yüngül xəsarətlər aldığı ehtimal edilir. Alman Qırmızı Xaç Cəmiyyətinin əməliyyat şöbəsinin rəhbəri iki nəfərin ağır yaralandığını bildirib.
Hazırda yanğın söndürülüb və zərərçəkənlər xəstəxanadadırlar. Onların vəziyyəti yaxşıdır.
Yanğın başladığı vaxt çarxın tamamilə dolu olduğu bildirilir. Hadisənin səbəbi hələ müəyyən edilməyib. Musiqi festivalı davam edir.