Türkiyə Superliqasında ikinci turun oyunları baş tutub.
Xeber-ps.com xəbər verir ki, ilk turdan sonra lider olan "Fənərbağça" bu dəfə səfərdən qələbə ilə qayıdır.
Joze Mourinyonun yetirmələri "Göztepe"yə heç bir şans verməyiblər.
İlk hissənin əlavə edilən dəqiqələrində sarı-lacivərdlər Dzeko və ən-Nəsirinin qolları ilə sevinib.
İkinci hissənin əvvəlində ev sahibi komanda azarkeşləri "Fənərbağça" prezidenti Ali Koça tribunadan yad cisimlər atıblar. Bu səbəbdən matç dayandırılıb, lakin bir müddət sonra davam etdirilib.
68-ci dəqiqədə "Göztepe" fərqi azaldıb. 90+5-ci dəqiqədə isə ev sahibləri məğlubiyyətdən xilas olmağı bacarıblar - 2:2.