Premyer Liqa: "Turan Tovuz" üç cavabsız qolla "Kəpəz"ə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

Xeber-ps.com xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Turan Tovuz"la qarşılaşıb. Qarşılaşma Tovuz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

15-ci dəqiqədə Xəyal Nəcəfov, 19-cu dəqiqədə Roderik Miller və 61-ci dəqiqədə Kristian da Silva fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən "Turan Tovuz" çempionatın lideri olub. Xalsız olan Gəncə klubu isə sonuncu, 10-cu sıradadır.

Günün digər matçında "Sumqayıt" "Səbail"i qəbul edəcək.

Qeyd edək ki, III turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.

Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

Xeber-ps.com xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.

Qərb derbisində "Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq. Çempionatın autsayderlərindən olan Gəncə təmsilçisi ilk qol və ilk xal üçün meydana çıxacaq. "Kəpəz"in stadionu təmirdə olduğundan Tovuz şəhər stadionunda keçiriləcək oyunda nominal ev sahibi olacaq. Öz meydanına qonaq qismində çıxacaq Kurban Berdıyevin yetirmələri isə liderliyi ələ keçirmək üçün qalib gəlməlidirlər.

"Sumqayıt" ikinci ev matçına çıxacaq. Samir Abasovun komandası öz meydanında növbəti qələbəsini qazanmaq niyyətindədir. Onun qonağı "Səbail" isə aşağı pillələrdən qurtulmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, tura sabah "Neftçi" - "Sabah" görüşü ilə yekun vurulacaq.

0.071095943450928