İngiltərə Premyer Liqasında yeni mövsümə start verilib.
Xeber-ps.com xəbər verir ki, ilk turda "Arsenal" Londonda "Vulverhempton"u qəbul edib.
Oyunda hesabı 25-ci dəqiqədə "topçular"ın futbolçusu Haverts açıb. 74-cü dəqiqədə isə Saka fərqi artırıb - 2:0.
Beləliklə də, Mikel Artetanın yetirmələri çempionata inamlı qələbə ilə başlayaraq ilk 3 xalı əldə ediblər.