Dünya Qadın Seriyası: Azərbaycan millisi ilk oyunda məğlub olub

Azərbaycanın 3x3 basketbol milli komandası Dünya Qadın Seriyasının Bakı mərhələsində mübarizəyə başlayıb.

Xeber-ps.com xəbər verir ki, Ratomir Deliçin baş məşqçiliyi ilə milli komanda C qrupundakı ilk oyununda Almaniyanın "Düsseldorf ZOOS" komandası ilə qarşılaşıb.

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə nəticələnib - 8:21.

Milli komanda bu gün Ukrayna ilə də qarşılaşacaq. Dörd qrupun hər birində ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcək.

Qeyd edək ki, Bakı mərhələsi avqustun 18-də başa çatacaq.

Anar Həsənov

0.068341970443726