İngiltərə Premyer Liqasının ilk turunda "İpsviç Taun"un qonağı olan "Liverpul" qələbə qazanıb.
Xeber-ps.com xəbər verir ki, "Portmand Road" stadionunda baş tutan qarşılaşmada iki qol vurulub.
"Mersisaydlılar"ın heyətində Dieqo Jota fərqlənib. O, 60-cı dəqiqədə Məhəmməd Salahın ötürməsini qolla tamamlayıb.
Cəmi beş dəqiqə sonra M.Salah özü adını tabloya yazdırmağı bacarıb. Yekun nəticə 0:2 olub.
Qeyd edək ki, "İpsviç Taun" yüksək liqada bu mövsümdən etibarən çıxış edir.